Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi

Məhkəmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bir ay vaxt verib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, agentlik barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrlərin və ya tələblərin icra edilməməsi, yaxud müfəttişin fəaliyyətinə maneə törədilməsi ilə bağlı inzibati məsuliyyət) maddəsi ilə protokol tərtib edilib.
Sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, vətəndaş X.A.-nın şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, agentliyə 2025-ci ildə məktub göndərilərək, həmin şəxsə aid qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunub, lakin sənədlər hələ də təqdim edilməyib.
Məhkəmənin qərarı ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bu məcəllənin 116.1-ci maddəsinə əsasən, şərti olaraq 2 000 manat məbləğində cərimə olunub. Agentlik tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilib və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək. Hüquqpozma aradan qaldırılmadıqda cərimə ödəniləcək.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












