Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verdi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə müraciətə baxılıb.
Məhkəmə müraciəti təmin etməyib və Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbiri dəyişdirilməyib.
Qeyd edək ki, Hacı Vəliyev aprelin 1-də saxlanılıb. Xətai Rayon Məhkəməsində barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Aprelin 18-də barəsində olan həbs qətimkan tədbiri 2 ay müddətə uzadılıb.
Ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












