Məhkəmə Qənimət Zahidov barədə qərar verdi

Bakı Apellyasiya Məhkəməsində dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun barəsində olan qiyabi məhkəmə hökmündən verdiyi şikayətinə baxılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.
Məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimət Zahidov yeddi il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun barəsində qiyabi hökm çıxarıb.
İttihama görə, Qənimət Səlim oğlu Zahidov Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Qənimət Zahidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində "YouTube" platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yaymaqda təqsirləndirilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












