Məhkəmə Şahin Şıxlinski və oğlunun apellyasiya şikayətinə hüquqi qiymət verdi

Sverdlovsk məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və onun oğlu Mütvəlinin apellyasiya şikayətini təmin etməkdən imtina edib. Təqsirləndirilən şəxslərin vəkilləri hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi) ittihamı üzrə çıxarılmış hökmün yüngülləşdirilməsini tələb edirdilər.
Avtosfer.az xəbər verir ki, bu barədə ura.ru məlumat yayıb.
"Hər iki şəxs barəsində çıxarılmış hökm qüvvədə saxlanılıb, lakin məhkəmə tərəfindən Mütvəli Şıxlinski üçün bəzi düzəlişlər edilib. Onun ötən il iyulun 15-dən qərarın qüvvəyə mindiyi günə - 2026-cı il iyunun 23-nə qədər həbsdə qaldığı müddət ümumi rejimli cəzaçəkmə müəssisəsindəki cəzanın bir gününün bir yarım günə bərabər tutulması hesabından çıxılıb", - deyə nəşr qeyd edir.
Nəticə etibarilə, Mütvəli Şıxlinskinin faktiki həbs müddəti məhkəmə hökmündə göstəriləndən daha az olacaq. Bu, məhkumun istintaq təcridxanasında keçirdiyi vaxtın artırılmış əmsalla yenidən hesablanması sayəsində baş verəcək.
Xatırladaq ki, bu ilin aprelində Rusiya Federasiyasının Yekaterinburq şəhərində yerləşən Kirovski Rayon Məhkəməsi Şahin Şıxlinski və oğlu Mütvəli barəsində həbs qərarı çıxarıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












