Məhkəmə "TikTok"erin ev dustaqlığı qərarını qüvvədə saxladı

Tiktoker Nahid Nəsirov yenidən hakim qarşısına çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Unikal"a tiktokerin vəkili Vasif Mirzəyev məlumat verilib.
Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində birinci instansiya məhkəməsinin tiktoker barəsində çıxardığı ev dustaqlığı qətimkan tədbiri ilə bağlı qərara baxılıb.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra qərarı elan edib.
Qərara əsasən, tiktoker barəsində birinci instansiya məhkəməsində çıxarılan ev dustaqlığı qətimkan tədbiri ilə bağlı qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, tiktoker barəsində davam edən ibtidai istintaq araşdırmaları davam edir.
Qeyd edək ki, ilk olaraq Nərimanov Məhkəməsində tiktoker Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra isə Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qüvvədə saxlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 178.1-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddələri lə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












