Məhkumlara dair peşə təhsili üzrə vahid informasiya sistemi yaradılacaq

Peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən vahid informasiya sistemi yaradılacaq.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) vahid informasiya sisteminin yaradılması məqsədilə normativ hüquqi bazanın formalaşdırılmasını 2025–2027-ci illər ərzində təmin etməlidir. Vahid informasiya sisteminin istifadəyə verilməsi, həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə 10 aidiyyəti dövlət orqanının (qurumlarının) informasiya sistemlərinə inteqrasiyasının təmin edilməsi həyata keçiriləcək.
Eyni zamanda bu müddət ərzində Ədliyyə Nazirliyi digər qurumlarla birgə peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sisteminin yaradılmasını təmin etməlidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












