Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

2026–2027-ci tədris ilindən etibarən “Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndiriləcək.
Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq.
Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəb qoşulacaq. Beləliklə, ümumilikdə daha 194 məktəbdə “Rəqəmsal məktəb” platformasından istifadə ediləcək.
Platformanın tətbiqində əsas məqsəd təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəçiliyində müasir texnologiyalardan istifadəni genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında əlaqəni daha çevik və səmərəli təşkil etməkdir.
Yeni imkanlar çərçivəsində müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq. Bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması nəzərdə tutulur.
Bundan başqa, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərdən də yararlana biləcəklər. Bu imkanların müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına, müasir texnologiyalardan daha səmərəli istifadəyə və tədrisin fərdiləşdirilməsinə xidmət edəcəyi bildirilir.
Şagirdlər platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, dərs cədvəlləri ilə tanış olacaq və qiymətlərini elektron qaydada izləyə biləcəklər.
Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə biləcəklər. Bu, onların övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlanmasına imkan verəcək.
Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin rəqəmsal həllərdən yararlanması və təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili hədəflənir./nocomment.az
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












