Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın “Eni” şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti “Italiana Petroli” (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarına gəlib.
Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni məlumat verib.
“Eni”dən sonra IP də ölkə miqyasında yanacağın qiymətlərini məhdudlaşdırmaq qərarına gəlib. Bu, italyan ailələrinə diqqətin və yanacaq xərclərinin azaldılmasına konkret töhfə verə biləcəyimizin təsdiqinin vacib əlamətidir”, - Meloni deyib.
O, iki ölkə arasında əməkdaşlığı gücləndirən bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də, SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
Daha əvvəl SOCAR IP paylama şəbəkəsində benzin və dizel yanacağının qiymətlərini məhdudlaşdırmağa hazır olduğunu açıqlayıb. Şirkət qeyd edib ki, qiymət həddi minlərlə operatoru əhatə edən təchizat zəncirinin davamlılığını təmin etmək zərurəti nəzərə alınmaqla müəyyən olunacaq.
SOCAR vurğulayıb ki, bu, şirkətin İtaliya hökumətinin geosiyasi qeyri-sabitlik və bunun qlobal təchizat zəncirlərinə təsiri səbəbindən altı aydan çoxdur ki, yüksək yanacaq qiymətləri ilə üzləşən ailələrə və müəssisələrə dəstək olmaq çağırışına cavabıdır.
Qiymət məhdudiyyətləri IP şəbəkəsindən başlayaraq mərhələlərlə tətbiq ediləcək.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












