Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

2025-ci ilin dekabrında nominal effektiv məzənnə 2024-cü ilin eyni ayı ilə müqayisədə 4.6% ucuzlaşıb. Bu isə cari ilin martında inflyasiyaya 1% artıcı təsir edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fevral-mart aylarında neftin bahalaşması nəticəsində manat dəyər qazansa da, bu, inflyasiyaya azaldıcı təsirini 3 aylıq müddətdə göstərəcək:
"Kənd təsərrüfatı istehsalçılarının qiymət indeksini istisna etməklə digər amillər 3 ay gec təsir göstərir. Buna görə mart ayı inflyasiyasına nominal effektiv məzənnənin dekabrdakı dəyişimi təsir göstərib".
T.Kazımov əlavə edib ki, hesabat dövründə dövlət istehlakı və ev təsərrüfatı istehlakı üzrə tələb amilləri müvafiq olaraq 7.3 və 9.2% artıb:
“Martın inflyasiyasına 2 faiz bəndi artıcı təsir edib. Digər amillər isə 2 faiz bəndi azaldıcı təsir edib”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












