Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - VİDEO

Məşhur britaniyalı səyahət bloqeri Hari Jaqqard Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Avtosfer.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Lənkəranda başına gələn maraqlı hadisə haqqında video yayımlayıb.
Paylaşımda o, restoranların birində içində pulu, sənədləri və digər əşyaları olan çantasını unutduğu barədə danışıb. Təxminən 1 saatdan çox vaxt keçdikdən sonra bloqer yenidən həmin restorana qayıdıb və çantasına toxunulmadığını görüb. Jaqqard təşəkkür əlaməti olaraq, restoran əməkdaşlarına bəxşiş vermək istəsə də, onlar bundan imtina ediblər.
Bu hadisədən çox mütəəssir olan bloqer Azərbaycan xalqına təşəkkürünü video paylaşmaqla edib. O, Azərbaycanın dünyanın ən təhlükəsiz və qonaqpərvər ölkələrindən biri olduğunu bildirib.
Qeyd edək ki, səyahət videoları ilə tanınan H.Jaqqardın sosial şəbəkələrdə milyonlarla izləyicisi var.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












