Məşhur futbolçu sürücülük hüququndan məhrum edildi

İngiltərənin “Arsenal” klubunun ulduzu Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Avtosfer.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun “Land Rover” avtomobili ilə bir həftə ərzində eyni yolda iki dəfə sürət həddini aşmasıdır.
O, birinci dəfə yanvarın 3-də Londonda yerləşən malikanəsinin yaxınlığındakı şossedə icazə verilən 48 km/saat sürət həddi olan zonada avtomobili 60 km/saat sürətlə idarə edib.
Deklanın sonuncu dəfə qayda pozuntusu isə yanvarın 8-də baş verib. Belə ki, o, eyni yolda bu dəfə 64 km/saat məhdudiyyət olan ərazidə 79 km/saat sürətlə hərəkət edərkən saxlanılıb.
Nəticədə Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib və 2185 funt-sterlinq (4,980.03 AZN) məbləğində cərimələnib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












