Məşhur klinikada özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş - FOTO

Səhiyyə Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunda fəaliyyət göstərən "Vertebra" klinikasında yoxlama keçirilib.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, keçirilən yoxlama zamanı sertifikatsız, orta ixtisas tibb təhsili olmadan "fizioterapevt" işi üzrə masaj proseduralarının həyata keçirilməsi aşkar edilib.
Həmin fəaliyyət Səadət Nəsibova, Urqaya Rzayeva və Pəri Nərimanova tərəfindən həyata keçirilib.
Nəticədə nazirlik tərəfindən klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, "Vertebra" klinikası 6 000 manat cərimələnib.
Qeyd edək ki, "Vertebra" Onurğa Tibb Mərkəzinin baş həkimi İradə Hacıyevadır. Holdinqin rəhbəri isə İlqar Əliyevdir.

Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












