Məşhur şoumen ölümündən sonra yandırılmasını istəyir - VİDEO

Şoumen Sərxan Kərəmoğlu vəsiyyətini elan edib.
Avtosfer.az yenisabah-a istinadən xəbər verir ki, o, dünyanın hansı ölkəsində vəfat etməsindən asılı olmayaraq, cənazəsinin Azərbaycana gətirilməsini istəmədiyini bildirib.
S.Kərəmoğlu meyitinin kremasiya olunmasını (yandırılmasını) tapşırıb:
“Təyyarədə partlaya bilərsən, gəmidə bata bilərsən. Yəni hər şey qismətdir, insan harada dünyasını dəyişəcəyini bilmir. Bununla bağlı bir vəsiyyətim də var. Övladlarım burada yaşamır, mənim də bir ayağım başqa ölkələrdədir.
Demişəm ki, dünyanın istənilən yerində dünyamı dəyişə bilərəm. Amma cənazəmin Azərbaycana gətirilməsini istəmirəm. Əgər Rusiyada, yaxud Avropanın hansısa ölkəsində vəfat etsəm, orada da kremasiya olunmağımı istəyirəm. Düzdür, İslamda meyitin yandırılması qəbul edilmir, müsəlman aləmində kremasiya ənənəsi yoxdur. Amma bu, şəxsi istəyimdir. Ən böyük arzularımdan biri budur ki, harada vəfat edirəmsə, orada da kremasiya olunum. İstəmirəm ki, bədənim torpağın altında çürüsün”.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












