Meteor yağışı gözlənilir - Azərbaycandan da müşahidə edilə bilər

Oktyabrın 2-dən 7-dək Orionid meteor yağışı aktiv olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, drionid meteor yağışının pik dövrü isə oktyabrın 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək:
"Bu zaman Orion bürcü gecəyarıdan sonra üfüqdən qalxır və müşahidələr üçün ən əlverişli vaxt yaranır. Əgər hava şəraiti aydın olarsa, Azərbaycan səmasında da bu hadisəni rahatlıqla izləmək mümkün olacaq.
Orionidlər payız gecələrinin ən parlaq və sürətli meteor yağışlarından biridir. Mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər. Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Bu komet minilliklər ərzində arxasında toz və daş hissəciklərindən ibarət uzun iz buraxıb. Yer hər il bu izdən keçəndə hissəciklər atmosferdə yanaraq parlaq işıq zolaqları əmələ gətirir.
Orionidlərin əsas xüsusiyyəti onların çox sürətli olmasıdır. Meteorların sürəti təxminən 66 km/san-dir. Buna görə də onların səmada buraxdığı izlər qısa, lakin çox parlaq olur".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












