Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib.
Avtosfer.az Baku.ws-ə istinadla xəbər verir ki, bu qərarın xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətindən gələn sərnişinlərin şəhərin mərkəzinə daxil olmadan metrodan istifadəsinə şərait yaratması və "20 Yanvar" ərazisində sərnişin sıxlığının azaldılması məqsədi daşıdığı bildirilib.
İlkin açıqlamalara görə, stansiyalarda ödənişsiz girişin ən azı bir ay davam etdirilməsi nəzərdə tutulur və sonrakı müddət aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq. Bununla əlaqədar sərnişinlər arasında ödənişsiz xidmətin konkret olaraq nə vaxta qədər davam edəcəyi, tətbiqin nəticələrinin necə qiymətləndiriləcəyi və eyni yanaşmanın gələcəkdə digər metro stansiyalarına da şamil olunub-olunmayacağı ilə bağlı suallar yaranıb.
Maraqlıdır ki, ödənişsiz keçid nə vaxta qədər davam edəcək? Daha hansı metro stansiyalarında oxşar vəziyyət tətbiq oluna bilər?
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, hazırda "Avtovağzal" və "Xocəsən" stansiyalarında ödənişsiz keçidin hansı müddətədək davam edəcəyi ilə bağlı konkret tarix müəyyən edilməyib:
"Bununla bağlı qərar bu tədbirin həmin ərazidə sərnişin axınının bölüşdürülməsinə və nəqliyyat yükünün tarazlaşdırılmasına təsiri nəzərə alınmaqla veriləcək. Sərnişin axınının tənzimlənməsi və yerüstü nəqliyyatın hərəkətinin daha optimal tənzimlənməsi baxımından zərurət yaranarsa, müxtəlif həllərin digər stansiyalarda, avtobus marşrutlarında və ərazilərdə tətbiq edilməsi istisna olunmur".
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?











