Metroda qatarların intervalında gecikmə müşahidə olundu - YENİLƏNİB

"Bakı Metropoliteni" QSC-də şənbə günü qatarların intervalındakı gecikməyə aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Hazırda "Bakı Metropoliteni"nin xətlərinin "28 may" və "Əhmədli" stansiyaları arasında qatarların hərəkəti üç dəqiqəlik intervalla tənzimlənir. "Bakı Metropoliteni"nin "28 may"- "Dərnəgül, "28 may"- "İçərişəhər" stansiyaları arasındakı sahələrdə qatarların hərəkəti isə altı dəqiqəlik intervalla tənzimlənir. Çünki "28 may" stansiyasında "Bakı Metropoliteni"nin xətləri birləşir, kəsişir.
Bu səbəbdən "28 may" stansiyasına qədər qatarlar eyni yolu gedir, daha sonra hər bir qatar öz xətti ilə müstəqil hərəkət edir. Bundan əlavə olaraq, əgər qatar "Nəriman Nərimanov" stansiyasından, "Bakmil" stansiyasından daxil olursa, bu qrafik üzrə olan bir məsələdir. Çünki "Bakı Metropoliteni"nin elektrik deposu xəttin ortasında yerləşdiyindən həmin an "Ulduz" stansiyasından "Əhmədli" stansiyasına qədər interval hazırkı qrafik üzrə altı dəqiqə ola bilər.
Qatarlar "Bakı Metropoliteni"ndə həm qrafik üzrə, həm sərnişin axının tələbatı üzrə "Neftçilər" və "Memar Əcəmi" stansiyalarından geri qaytarılır. "Neftçilər" stansiyasından qatar geri qayıdarsa, hazırkı qrafikə uyğun olaraq, "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyasında interval altı dəqiqə ola bilər.
"Memar Əcəmi" stansiyasından qatar geri qaytarılırsa, həmin sahədə altı dəqiqə intervaldırsa, bu o deməkdir ki, "Memar Əcəmi" stansiyasından "Dərnəgül" stansiyasına qədər olan sahədə interval bundan iki dəqiqə artıq ola bilər.
Şənbə və bazar günlərində hərəkət qrafiki iş günlərindən tam fərqli tənzimlənir. Amma buna rəğmən, "Bakı Metropoliteni"nin xətlərində hərəkətin tənzimlənməsi üçün ehtiyat qatarlar hazır saxlanılır və daim xətdə buraxılır.
Hazırda xətdən bir dənə boş qatar çıxarılıb. Hər şənbə günü bunu görə bilərsiniz. Bu, sınaq qatarıdır.
Müəyyən qulluq, baxış elementləri aparılmış qatarlar normativ tələblərə uyğun olaraq sərnişinsiz olaraq xəttə verilir. Sərnişinsiz qatar dövrə vurduqda qarşısında da sınaq qatarı yazılır və bütün stansiyalarda elan olunur ki, qatara minik yoxdur. Qatar stansiyada dayanmadan keçir.
Əmin olun ki, "Bakı Metropoliteni"nin stansiyalarında və qatarlarda texniki nasazlıq və digər məsələlər olarsa, mən bunların hamısını sizə çatdıraram".
***13:17
"Bakı Metropoliteni" QSC-də qatarların intervalında gecikmə müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat verib.
Sərnişinlərin sözlərinə görə, saat 11 radələrində qatarlar hər stansiyada 5-6 dəqiqədən bir gəlib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












