Mikayıl Mirzənin oğluna İrandakı səfirlikdə yeni vəzifə VERİLDİ - FOTO

Uzun illərdir diplomatiya sahəsində xidmət edən Mətin Mirzə (mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğlu) yeni vəzifəyə təyin olunub.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, Mətin Mirzəyə yüksək etimad göstərilib və o, bir müddət öncə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində müşavir vəzifəsində işə başlayıb.
O, bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərdə də iştirak edib.
Xatırladaq ki, 2000-ci illərin əvvəllərində Xarici İşlər Nazirliyinin mətbuat katibi olmuş Mətin Mirzə KİV-lə uğurlu əlaqələr yarada bilən əməkdaş kimi yadda qalıb. O, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. 2011-ci ildə vətənə qayıtdıqdan sonra bir müddət Xarici İşlər Nazirliyinin (XİN) müvafiq idarəsində fəaliyyətini davam etdirib.
2013-cü ilin sentyabrında yenidən səfir müşaviri kimi təyinat alıb. Beş il Azərbaycanın Çindəki səfirliyində çalışandan sonra yenidən Azərbaycana qayıdan diplomat XİN sistemində xidmətini davam etdirib.
Qeyd edək ki, Azərbaycan ilə İran arasında yaranmış gərginlik səbəbindən Tehrandakı səfirliyimiz bir müddət fəaliyyətinə ara vermişdi. Belə ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum ediləndən iki gün sonra diplomatlarımız Tehrandan Bakıya evakuasiya olunmuş və diplomatik korpusun fəaliyyəti dayandırılmışdı.
İki ölkə arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir Əli Əliyev və səfirliyin heyəti İrana geri dönüb.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO














