Milyarder İbrahim Süleymanov Moskvada tanınmış şəxsin qətlində ittiham edilir - YENİLƏNİB

Rusiyanın Maliyyə Bərpası və İflas Federal Xidmətinin (RMBİFX) keçmiş rəhbəri Georgi Talın qətli ilə bağlı aparılan istintaqda yeni detallar üzə çıxıb.
Avtosfer.az "112" "Telegram" kanalına istinadla xəbər verir ki, milyarder İbrahim Süleymanovla yanaşı, əvvəllər mütəşəkkil cinayətkar qruplaşmanın lideri olmuş 55 yaşlı Abakar Darbişev də istintaq orqanları tərəfindən saxlanılıb.
Məlumata görə, o, oktyabrın 1-də Moskva vilayətinin Odintsovo şəhərində tutulub. Darbişevin evində aparılan axtarış zamanı şübhəli hüquq-mühafizə orqanlarına müqavimət göstərməyə çalışıb.
A.Darbişev ifadə vermək üçün polis bölməsinə aparılıb. Lakin ilkin məlumatlara əsasən, Darbişev ürək dayanması nəticəsində orada vəfat edib.
Qeyd edək ki, Abakar Darbişev vaxtilə Dağıstan mənşəli mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərlərindən biri olub. Məhz, o, milyarder İbrahim Süleymanova qarşı ifadə verən əsas şəxslərdən idi.
***13:11
Rusiyanın paytaxtı Moskvada saxlanılan milyarder İbrahim Süleymanov 2004-cü ildə Rusiyanın Maliyyə Bərpası və İflas Federal Xidmətinin (RMBİFX) keçmiş rəhbəri Georgi Talın qətlində iştirakı ilə bağlı yoxlanılır.
Avtosfer.az bu barədə "Baza" "Telegram" kanalına istinadla xəbər verir.
Söhbət Moskvanın iri biznes dairələrində tanınan Georgi Tala qarşı törədilən sui-qəsddən gedir. 2000-ci illərin əvvəllərində, o, paytaxt aeroportlarının müflisləşmə prosesləri ilə məşğul olur və tanınmış rusiyalı iş adamlarının maraqlarını müdafiə edirdi.

Fotoda RMBİFX-nin keçmiş rəhbəri Georgi Tal
Qeyd edək ki, hadisə Moskvanın mərkəzində baş verib. Qatil səhər saatlarında Basman küçəsindəki evindən çıxan G.Talı pusquya salıb. O, RMBİFX rəhbərinə dörd dəfə atəş açaraq hadisə yerindən qaçıb. Tal dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
***
Milyarder və tanınmış iş adamı İbrahim Süleymanov Moskvada qətl ittihamı ilə saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı "Baza" "Telegram" kanalı yayıb.
Bildirilir ki, biznesmen bir neçə il əvvəl törədilmiş qətldə şübhəli bilinir.
"Yaxın saatlarda Süleymanov barəsində həbs-qətimkan tədbiri seçiləcək. İstintaq onun həbsdə saxlanılmasında israr edəcək", - deyə mənbə bildirib.

Qeyd olunur ki, İbrahim Süleymanov müasir Rusiyanın ən nüfuzlu oliqarxlarından biri hesab edilir. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə məhkum edilsə də, nüfuzunu və hakimiyyətini qorumağa nail olub. Onun "Sirena-Travel" SC aviabilet bronlaşdırma dövlət sistemi üzərində nəzarətə malik olduğu, həmçinin nəqliyyat, aviasiya və informasiya texnologiyaları kimi əsas sahələrdə ciddi təsir gücünə sahib olduğu bildirilir.
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - FOTO
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO











