Mingəçevirdə qanunsuz pivə istehsalı aşkarlandı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Mingəçevir şəhərində qanunsuz pivə istehsalı ilə məşğul olan istehsal obyektini aşkarlayıb.
Avtosfer.az bu barədə DVX-yə istinadən xəbər verir.
DVX-dən bildirilib ki, Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin apardığı təhlil və monitorinqlər zamanı Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 1 ünvanında yerləşən istehsal obyektində rəsmi uçotdan kənar pivə istehsalının təşkili və məhsulun qeyri-rəsmi dövriyyəyə çıxarılması ilə bağlı əsaslı şübhələr yaranıb.
Təyin olunmuş operativ nəzarət tədbiri zamanı həmin ünvanda fəaliyyət göstərən fərdi sahibkar Tağıyev Xəyyam Aydın oğlunun təsərrüfat subyektini vergi orqanlarında uçota almadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Yoxlama zamanı istehsal sahəsində və müxtəlif anbarlarda ümumilikdə 198 min litr hazır pivə məhsulu, onun qablaşdırılması üçün nəzərdə tutulmuş çoxsaylı çəlləklər, həmçinin mənşəyini təsdiq edən sənədlər olmadan əldə edilmiş 14 ton arpa səmənisi, 300 kiloqram pivə mayası və 2 tondan çox digər xammal aşkar olunub.
Faktlar qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilib və müvafiq tədbirlər görülüb.
DVX bildirib ki, aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, istehsal həcmlərinin düzgün bəyan olunmasının və vergi intizamının təmin edilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Qurum sahibkarlıq subyektlərini vergi və digər qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağıraraq vurğulayıb ki, bu, bazarda sağlam və ədalətli rəqabət mühitinin qorunmasına, eləcə də "kölgə iqtisadiyyatı"nın həcminin azaldılmasına xidmət edir.
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb










