Minskdə Gəncə Avtomobil Zavodu ilə MAZ arasında saziş imzalandı - FOTOLAR

Ötən gün Belarusun paytaxtı Minsk şəhərində Gəncə Avtomobil Zavodunda MAZ şassisi bazasında 100 ədəd yeni kommunal texnika yığılması haqqında saziş imzalanıb.
Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bu saziş Belarus dövlət başçısının Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev və Aleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində imzalanıb.
Sənədi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “MAZ” ASC-nin Baş direktoru Valeri İvankoviç imzalayıblar. Kommunal texnika Ekologiya və təbii sərvətlər nazirliyi sifarişi ilə yığılır.
Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodu arasında əməkdaşlıq Azərbaycan və Belarus arasında dövlət başçıları İlham Əliyev və Aleksandr Lukaşenko tərəfindən əsası qoyulmuş ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlib.
2 mart 2026-cı il tarixində Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodunun yeni əməkdaşlığı çərçivəsində istehsal olunmuş yeni kommunal texnika Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. Dövlət başçısı tərəfindən verilmiş yüksək qiymət müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinə və yeni müqavilənin bağlanmasına stimul olub. “Bu gün imzalanan sənəd Azərbaycan və Belarus prezidentləri tərəfindən bizə göstərilən yüksək etimadın təsdiqidir. İstehsal etdiyimiz kommunal texnikanın mart ayında ən yüksək səviyyədə bəyənilməsi yeni – 100 ədəd texnika üzrə müqavilənin icrası zamanı da riayət etməyi planlaşdırdığımız yüksək meyar müəyyən edib.
Belarus istehsalçıları ilə əməkdaşlığımız uğurla və səmərəli şəkildə inkişaf edir. Bu əməkdaşlıq müasir keyfiyyət standartlarına və bazar tələblərinə cavab verən məhsulların istehsalına imkan yaradır”, - deyə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev vurğulanıb.
Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsində istehsal olunan kommunal texnika Gəncədə hazırlanmış və yığılmış müasir avadanlıqlarla təchiz edilir. Bu texnika respublikanın bütün ərazisində şəhər infrastrukturuna xidmət göstərmək üçün nəzərdə tutulmuşdur. Bu layihə ölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.



Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












