MİQ və sertifikasiya imtahanlarında dəyişiklik OLACAQ - Emin Əmrullayev AÇIQLADI

Müəllimlərin işə qəbulu və sertifikatlaşdırma imtahanlarında oxuyub-anlama bacarığına daha çox diqqət yetirilə bilər.
Avtosfer.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-yə müsahibəsində bildirib.
Nazir PISA nəticələrinin Azərbaycan təhsilində oxuyub-anlama bacarığının gücləndirilməsinə ehtiyac olduğunu göstərdiyini deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər ibtidai təhsil səviyyəsindən başlanmalıdır:
“Oxu bacarıqlarına diqqətimiz artmalıdır və bu, ibtidai təhsildən başlamalıdır. Səkkizinci və doqquzuncu sinifdə oxuyan 13–15 yaşlı şagirdin oxu bacarığını inkişaf etdirmək ibtidai sinif şagirdi ilə müqayisədə daha çətindir”.
Emin Əmrullayev qeyd edib ki, Azərbaycan dili üzrə mövcud qiymətləndirmələrdə əsas diqqət qrammatika və dil qaydalarına yönəlib. Oxuyub-anlama bacarığının ölçülməsinə isə yalnız son illərdə daha çox yer ayrılmağa başlanıb.
Nazir hesab edir ki, bu istiqamət təkcə şagirdlərin buraxılış və qəbul imtahanlarında deyil, müəllimlərin qiymətləndirilməsində də nəzərə alınmalıdır:
“Bizim üçün çox vacibdir ki, müəllimlərin işə qəbulu, sertifikatlaşdırma, eləcə də qəbul və buraxılış imtahanlarında vahid çərçivəyə gəlib oxuya daha çox diqqət yetirək. Bu, həm qiymətləndirmə, həm məzmun, həm də tədris baxımından həyata keçirilməlidir”.
E.Əmrullayev vurğulayıb ki, imtahanlarda hansı bacarıqlara daha çox yer verilirsə, müəllim və şagirdlərin hazırlığı da əsasən həmin istiqamətə yönəlir.
Qeyd edək ki, nazirin açıqlaması MİQ və sertifikatlaşdırma imtahanlarının formatının dəyişdirilməsi ilə bağlı qəbul edilmiş rəsmi qərar deyil. Söhbət oxuyub-anlama bacarığının gələcək qiymətləndirmələrdə payının artırılması istiqamətindən gedir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












