Miqrant qaçaqmalçılığı ilə bağlı 75 Azərbaycan vətəndaşı həbs edildi

2025-ci ildən etibarən ölkə hüdudlarından kənarda bir qrup Azərbaycan Respublikası vətəndaşının transmilli mütəşəkkil cinayətkar şəbəkənin təsiri altına düşərək, Türkiyə-Yunanıstan istiqamətində qanunsuz miqrasiya və insan qaçaqmalçılığı fəaliyyətinə cəlb olunmasına dair əməliyyat məlumatları daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti ilə "AnewZ" televiziya kanalının birgə layihəsi olan "Yolun yarısında" adlı sənədli filmində deyilir.
Qeyd olunub ki, ümumilikdə 75 nəfər Azərbaycan Respublikası vətəndaşı qanunsuz miqrasiyanın həyata keçirilməsində iştirak etdiklərinə görə Türkiyə və Yunanıstan hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər.
Vurğulanıb ki, Dövlət Təhlükəsizliyi Xidməti sözügedən qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması istiqamətində beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq, Azərbaycan daxilində zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və hüquqi müstəvidə addımların atılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini davam etdirir:
"Vətəndaşlarımıza bu kimi cinayətkar fəaliyyətlərə maddi, eləcə də digər maraqlar müqabilində qoşulmamaları, əks halda cinayət məsuliyyətinə cəlb edilmə və azadlıqdan məhrum etmə cəzası ilə üz-üzə qalacaqları barədə xəbərdarlıq edirik".
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












