Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı YENİ AÇIQLAMA

Sabiq təhsil naziri Misir Mərdanov Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə barədə səsləndirdiyi fikirlərlə bağlı açıqlama verib.
Avtosfer.az xəbər verir ki, məsələ Misir Mərdanovun “Pozan Media”ya verdiyi müsahibədən sonra gündəmə gəlib.
Müsahibəsində o, təhsil sahəsindəki problemlərdən danışarkən Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurumla bağlı fikirlərini də səsləndirib. Mərdanov həmin dövrdə onun əleyhinə kampaniya aparıldığını və müxtəlif şəxslər tərəfindən “yuxarıdan” belə göstəriş verildiyini iddia edib.
Bundan sonra sosial şəbəkələrdə Mərdanovun fikirlərinin Məleykə Abbaszadəyə qarşı yönəldiyi barədə paylaşımlar yayılıb.
Mərdanov isə son açıqlamasında bu yanaşmanın doğru olmadığını bildirib.
O qeyd edib ki, müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə münasibətini bildirib və heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərini ifadə edib.
“Bir neçə gün əvvəl “Pozan Media TV”dən mənimlə əlaqə saxlayaraq müsahibə verməyimi xahiş etdilər. Müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə də münasibətimi bildirdim. Heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərimi ifadə etdim”, - deyə Mərdanov bildirib.
Sabiq nazir sosial şəbəkələrdə fikirlərinin təhrif olunduğunu və bunun Məleykə Abbaszadəyə qarşı yönəldiyinin iddia edildiyini vurğulayıb.
“Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi. Bildirmək istəyirəm ki, bu iddia həqiqəti əks etdirmir”, - deyə o qeyd edib.
Mərdanov Məleykə Abbaszadəni 30 ildən artıqdır yaxından tanıdığını və uzun illər ərzində onunla çoxsaylı tədbirlərdə iştirak etdiyini bildirib.
“Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram”, - deyə sabiq nazir əlavə edib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












