Misir Qırmızı dəniz böhranı səbəbindən ildə 9 milyard dollar itirir

Qırmızı dənizdə gəmilərin hərəkəti ilə bağlı yaranmış gərginlik səbəbindən Misir Süveyş kanalının istismarı üzrə illik 9 milyard dollardan çox gəlirdən məhrum olur. Avtosfer.az xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdül Ati bu barədə Nyu-Dehlidə çıxışı zamanı deyib. “Biz Qırmızı dənizdəki gərginlikdən ən çox zərər çəkən dövlətik. Misir bu səbəbdən ildə 9 milyard dollardan çox itki ilə üzləşir”, – deyə Misirin xarici siyasət idarəsinin rəhbəri bildirib. Onun sözlərinə görə, hazırda Süveyş kanalı vasitəsilə gündə hər iki istiqamətdə 20-25 gəmi hərəkət edir, halbuki böhrandan öncə bu rəqəm 75-dən çox olub. Siyasətçi hazırda Qahirənin Rusiya, Avropa İttifaqı, Hindistan, Çin və ABŞ-la cari vəziyyətin həlli istiqamətində fəal əməkdaşlıq etdiyini vurğulayıb. Yaxın Şərqdə son gərginlikdən öncə Misir Süveyş kanalından ildə 10 milyard dollar gəlir əldə edirdi. Kanal ölkə büdcəsinin əsas gəlir mənbələrindən biridir. Lakin 2023-cü ilin payızından etibarən, Yəmən ordusu Təl-Əvivin Qəzza sektoruna təcavüzünə cavab olaraq, Bab əl-Məndəb boğazında İsraillə bağlı olan ticarət gəmilərinə hücumlara başlayıb. Nəticədə gəmilərin çoxunun təhlükəsizlik məqsədilə marşrutlarını dəyişməsi Misirin gəlirlərinə ciddi təsir göstərib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












