MKA: Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) apardığı müşahidələr və texniki təhlillər nəticəsində bəzi informasiya sistemlərinə qarşı aktiv kibertəhlükələrin mövcudluğunu müəyyən edib.
Bu barədə Avtosfer.az MKA-dan məlumat verilib.
Bildirilib ki, ilkin qiymətləndirmələrə əsasən, müşahidə olunan kiberhücumların müəyyən hissəsində, xüsusilə "Microsoft SQL Server (MSSQL)" və "Firebird" verilənlər bazası sistemlərində, köhnəlmiş versiyalardan, eləcə də standart və ya ilkin giriş məlumatlarından istifadə edildiyi müəyyən olunub.
Müşahidə edilən hücum ssenarilərindən birinə əsasən, hücumçular zəif qorunan verilənlər bazası sistemlərinə icazəsiz giriş əldə etdikdən sonra ələ keçirilmiş sistemlərdə müxtəlif dəyişikliklər həyata keçirir və həmin resurslar üzərində daha geniş nəzarət imkanları əldə etməyə çalışırlar. Bəzi hallarda sistemə icazəsiz faylların yerləşdirilməsi və həmin fayllardan sonrakı mərhələlərdə sistemə giriş imkanlarının genişləndirilməsi müşahidə olunur.
Təhlükənin əsas xüsusiyyətlərindən biri hücumların zəncirvari xarakter daşımasıdır. Belə ki, bir informasiya sisteminin komprometasiya edilməsindən sonra həmin sistem digər informasiya sistemlərinə qarşı hücumların həyata keçirilməsi üçün aralıq resurs və ya giriş nöqtəsi kimi istifadə oluna bilər. Bu isə insidentlərin daha geniş şəbəkə infrastrukturuna yayılması və əlavə informasiya sistemlərinin riskə məruz qalması ehtimalını artırır.
Hazırda müşahidə olunan kibertəhlükələrin əhatə dairəsinin müəyyənləşdirilməsi, mümkün komprometasiyaların araşdırılması və əlaqəli risklərin qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
İnformasiya sistemlərinin mülkiyyətçilərinə və inzibatçılarına aşağıdakı təhlükəsizlik tədbirlərini dərhal həyata keçirmək tövsiyə olunur:
- İstifadə olunan proqram təminatının, xüsusilə "Microsoft SQL Server (MSSQL)" və "Firebird" verilənlər bazası sistemlərinin aktual və istehsalçı tərəfindən dəstəklənən versiyalara yenilənməsi;
- Standart, ilkin və ya sistem tərəfindən təyin edilmiş giriş məlumatlarının dərhal dəyişdirilməsi;
- Mürəkkəb və unikal şifrlərdən istifadə edilməsi;
- Verilənlər bazası və digər kritik xidmətlərin internet üzərindən birbaşa əlçatanlığının məhdudlaşdırılması və girişin yalnız zəruri, əvvəlcədən müəyyən edilmiş İP ünvanlarından həyata keçirilməsinə icazə verilməsi;
- Sistemlərdə şübhəli faylların, icazəsiz dəyişikliklərin və digər anomal fəaliyyətlərin mütəmadi şəkildə yoxlanılması;
- Giriş və fəaliyyət jurnallarının (loqların) mərkəzləşdirilmiş qaydada toplanması və monitorinq edilməsi;
- Sistemə icazəsiz müdaxilə və ya komprometasiya şübhəsi yarandıqda, həmin sistemin digər şəbəkə resurslarından mümkün qədər tez təcrid edilməsi və Milli Kibertəhlükəsizlik Agentliyinə və ya ixtisaslaşmış mütəxəssislərə müraciət edilməsi.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












