Monteneqroya getmək istəyən azərbaycanlıların NƏZƏRİNƏ: Viza qaydaları AÇIQLANDI

Monteneqro hökuməti Azərbaycan vətəndaşlarının bu Balkan ölkəsinə giriş vizası alması üçün zəruri qaydalar barədə məlumat yayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Monteneqronun Azərbaycandakı diplomatik ofisinin rəhbəri Militsa Buriç bildirib.
Onun sözlərinə görə, həm turist, həm də iş vizaları üçün sənədlərin təqdim edilməsi məqsədilə Azərbaycan vətəndaşları "VFS Global" viza mərkəzinə müraciət etməli olacaqlar.
"Monteneqro hökuməti ölkəyə səfər etmək və burada işləmək istəyən bütün şəxslərin Azərbaycandakı "VFS Global" platforması vasitəsilə asanlıqla müraciət edə bilməsi üçün addımlar atıb. Tələb olunan sənədlər və müraciət qaydası haqqında məlumatı "VFS Global Azerbaijan" saytından əldə etmək olar", - Buriç vurğulayıb.
Qeyd edək ki, Monteneqro 2026-cı ilin yanvarından Azərbaycanla viza rejimi tətbiq etməyə başlayıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












