Mopedlərin qeydiyyatı və texniki baxışı üçün rüsum bu qədər olacaq

Azərbaycanda mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına və ya digər xidmətlərin göstərilməsinə görə dövlət rüsumu müəyyənləşir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik təklif olunur.
Layihəyə əsasən, moped sahibləri nəqliyyat vasitəsinin illik qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə 15 manat dövlət rüsumu ödəyəcəklər.
Həmçinin, moped sahibləri digər prosedurlara görə dövlət rüsumu ödəyəcəklər:
Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün - 15 manat:
Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə - 10 manat;
Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə - 40 manat;
Mopedlərin idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 20 manat.
Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün - 30 manat;
Dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 15 manat;
Qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 30 manat.
Layihəyə əsasən, mopedlər icbari sığortaya cəlb olunmalıdır.
Eyni zamanda, qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutulur.
Qeyd edək ki, layihə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 9 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












