Moskvanın hava limanlarından birinin rəhbərliyi iflas olduqlarını etiraf etdi

Rusiya paytaxtı Moskvanın Domodedovo hava limanının ümumi borcu təxminən 70 milyard rubl (2 milyard manata yaxın) təşkil edir.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə RBK-ya müsahibəsində hava limanının dövlət mülkiyyətinə keçməsindən sonra ona rəhbərlik etmiş Andrey İvanov məlumat verib.
O bildirib ki, 2025-ci ildə faiz ödənişləri səkkiz milyard rubl (173 milyon manata yaxın) təşkil edəcək.
Andrey İvanovun sözlərinə görə, sırf hava limanının iqtisadiyyatından söhbət gedərsə, indi onu müflis (iflasa uğramış) adlandırmaq olar.
"Lakin biz iflas riskinə yol verməyəcəyik. Strateji investorun və ya investorların vaxtında cəlb edilməsinə ümid edirik", - deyə o qeyd edib.
İvanov əlavə edib ki, borc sərnişin axınının və gəlirlərin azalması səbəbindən yaranıb. Bu faktora baxmayaraq, daha bir T2 sərnişin terminalı açılıb ki, bu da əlavə xərclər tələb edib. Hava limanı, həmçinin kredit götürməyə də davam edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












