Müavinət və təqaüd alanlara şad xəbər

"Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət bu gün başa çatır".
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, artıq hökumət tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasının başa çatdığını güman etmək olar.
"Digər tərəfdən, builki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin isə rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir. Hansı müavinət və təqaüdlərdə artımların olacağına gəldikdə isə bu müvafiq sənədin imzalanmasından sonra bəlli olacaq.
Dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlər də artımlar olacaq. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq"
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












