Müctəba Dəmirçilu: "Araz çayı üzərində yeni sərhəd-keçid məntəqəsi açılacaq"

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ISNA xəbər agentliyinə müsahibəsində yaxın aylarda Araz çayı üzərində yeni sərhəd-keçid məntəqəsinin istifadəyə veriləcəyini bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Səfirin sözlərinə görə, iki ölkə arasında ötən il qeydə alınan 700 milyon dollarlıq rəsmi ticarət dövriyyəsi faktiki mübadilə həcmini tam əks etdirmir.
Dəmirçilu qeyd edib ki, sərnişin axını və yükdaşımalarının çoxluğu real mübadilələrin rəsmi rəqəmlərdən xeyli yüksək olduğunu göstərir.
Səfir iki ölkə arasında əməkdaşlığa nəzarət edən Birgə iqtisadi, texniki, elmi və mədəni əməkdaşlıq komissiyasının fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Astara, Biləsuvar, Culfa və Poldəşt sərhəd-keçid məntəqələrinin aktiv işlədiyini, gömrük xidmətləri arasında birbaşa əlaqələrin mövcud olduğunu bildirib. Səfir, habelə İran, Azərbaycan və Rusiya arasında üçtərəfli gömrük əməkdaşlığı üzrə işçi qrupunun fəaliyyətinin genişləndirildiyini diqqətə çatdırıb.
Qarabağ məsələsinə toxunan səfir İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladıb və bölgədə yaranmış yeni şəraitin sülh və regional əməkdaşlıq üçün imkanlar açdığını bildirib. O, Tehran və Bakının birgə sərhəd layihələrinin bu sabitlik fonunda daha sürətlə irəliləyə biləcəyini vurğulayıb.
Dəmirçilu ABŞ və bəzi Avropa ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyaları "qanunsuz addım" adlandıraraq, qonşu dövlətləri bu təzyiqlərə uymamağa çağırıb. Onun sözlərinə görə, İran qonşuları ilə münasibətlərini "hörmət və qarşılıqlı maraqlar" prinsipi üzərində qurur.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












