Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib. Həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində və Baş Klinik Hospitalın Təcili Tibbi Yardım bölməsində görülən işlərlə tanış olublar.
Avtosfer.az bakivaxti.az-a istinadən xəbər verir ki, fotoda müdafiə naziri, general-polkovnik Zakir Həsənovun yanında general-mayor Anar Kərimov görünür.
Saytımızın əldə etdiyi məlumata görə, o, Nazirliyin Mühəndis Qoşunları Baş İdarəsinin rəisidir və Azərbaycan Ordusunun tarixində ilk mühəndis qoşunları generalıdır.
A.Kərimov 1988-1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil alıb və ixtisasca tərbiyəvi işin təşkili üzrə komandir müavinidir. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirib, həmçinin Böyük Britaniya, ABŞ, Almaniya və Türkiyədə qərargah və planlama kurslarında iştirak edib.
2014-cü ildən Mühəndis Qoşunları İdarəsinin rəisi olan general-mayor Anar Kərimov Qarabağ Müharibəsinin və 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədə göstərdiyi şücaətə görə "general-mayor" rütbəsinə layiq görülüb və "Zəfər" ordeni, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO












