Müdafiə Nazirliyi 1,1 milyard dollarlıq zirehli avtomobil alır

Çexiya Müdafiə Nazirliyi ümumi dəyəri 1,1 milyard dollar olan 185 zirehli avtomobilin alınması üçün tender elan edib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ČTK agentliyi müdafiə nazirinin müavini František Şultsa istinadən bildirib.
"Bu texnikanın xüsusilə mühəndis qoşunlarında, həmçinin tibb işçilərinin, istehkamçıların və hərbi polisin ehtiyacları üçün istifadə ediləcəyi planlaşdırılır. Artıq 10 şirkətdən çox kvalifikasiya mərhələsində iştirak üçün ilk ərizələrini təqdim edib", - o bildirib.
Qeyd olunur ki, Çexiya ordusu çəkisi 20 tona qədər olan MRAP sinifinə aid tam ötürücülü avtomobillərin alınmasında maraqlıdır. Avtomobil 10 nəfərə qədər və ya 4 ton yük daşıya bilməlidir, bu zaman daşınan yükün ümumi çəkisi 20 tonu keçməməlidir. Avtomobillərin uzaq məsafələrə daşınması üçün C-130 Hercules təyyarələrindən istifadə edilməsi nəzərdə tutulur.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












