Müdafiə Nazirliyində mənimsənilən 160 milyon manatdan 41 milyona yaxını geri qaytarılıb

Müdafiə Nazirliyində mənimsənilmiş ümumilikdə 160 milyon manat dövlət vəsaitinin nə qədərinin ödənildiyi məlum olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 41 milyon manata yaxın mənimsənilmiş vəsait dövlətə geri qaytarılıb. Bu məbləğin 38 milyon manatı ibtidai, 2 milyondan bir az artıq hissəsi birinci və apellyasiya məhkəməsi dövründə ödənilib.
Dövlətə vurulmuş ziyanın 12 milyon manatını Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, 11 il 6 ay azadlıqdan məhrum edilmiş general-mayor Nizami Məmmədov ödəyib. Qalan hissə isə digər təqsirləndirilən şəxslərin hesabına qaytarılıb.
Bundan əlavə, cinayət işi üzrə təqsirli bilinən şəxslərin əmlakı dövlət xeyrinə müsadirə edilib.
Apellyasiya baxışının son iclasında Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə deyib ki, həbsdən azad olunacaqları halda dövlətə dəymiş ziyanın özlərinə düşən qalan hissəsini də ödəməyə hazırdırlar. 10 il 6 aylıq azadlıqdan məhrum edilən Əlizadə artıq 4 ildən çoxdur cəza çəkir. O, həbsdə qalmaqdansa, dövlətə dəymiş ziyanın ödənilməsinin vacib olduğunu deyərək azad edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi yekun qərarında zabitlərin şikayətlərini təmin etməyib. Onların həbsinin davamına qərar verilib.
Məhkum edilmiş şəxslərin bu qərardan kassasiya şikayəti verəcəkləri bildirilir. Son qərarı Ali Məhkəmə verəcək.
Qeyd edək ki, ziyanın 143 milyon manatlıq hissəsi general Nizami Məmmədova və qoşun növlərinin rəislərinə, bir qismi isə daha əvvəl məhkum edilmiş zabitlərə və işdə adıçəkilən digər şəxslərə aiddir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












