Müğənni Dəniz həbs olundu - YENİLƏNİB

Müğənni Dəniz Əsədovanın həbs edilməsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, u barədə D.Əsədovanın həbs edilməsi ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət edən vəkil Asim Abbasov bildirib.
Vəkil qeyd edib ki, şikayət o və bir qrup şəxs tərəfindən olub: "Dəniz Əsədova mənim, bir neçə həkim və digər şəxslər barədə sosial şəbəkələrdə yalan məlumat yayıb, bizə böhtan atırdı. Biz də onun barəsində məhkəməyə müraciət etdik.
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə məhkəmə prosesi keçirildi, şikayətimiz təmin edildi və onun barəsində 7 ay həbs qətimkan tədbiri seçildi, Dəniz Əsədova məhkəmə zalından həbs olundu.
Xatırladaq ki, müğənni D.Əsədova barəsində bu il martın 14-də də məhkəmə hökmü olub. Onun barəsində xüsusi ittiham qaydasında edilən şikayət əsasında hökm çıxarılıb. Məhkəmənin hökmü ilə həmin vaxt D.Əsədovaya 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilmişdi.
***12:41
Müğənni Dəniz Əsədova həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsi bu barədə hökm çıxarıb.
Vəkil Asim Abbasovovun xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova 7 ay azadlıqdan məhrum edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












