Müğənnidən “Şəki yaylası” rəhbərinə ilginc İTTİHAM

Müğənni Niyam Salami çalışdığı məkanda haqsızlığa məruz qaldığını iddia edib.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, sənətçi öz sosial hesabında bir neçə gün əvvəl iki nəfərin ölümü ilə nəticələnən kanat qəzasının baş verdiyi "Şəki yaylası" istirahət mərkəzinin sahibindən şikayətlənib.
N.Salami həmin şəxsin Novxanıda yerləşən restoranında çalışdığını və işdən ayrıldıqdan sonra problemlərlə üzləşdiyini iddia edib.
Sənətçi "Şəki yaylası"nda quraşdırılan kanatla bağlı da ittihamlar səsləndirib:
"İndi də eşitdim Şəki yaylağında açdığın yerdə kanat çəkirsən. Kanatı işi bilənlərə çəkdir. Öz qayınına kanat çəkdirdin, 100 min ayırdın, hərə bir az cibinə qoydu. Sənin ucbatından camaatın balası öldü. Nə kanata, nə başqa şeyə baxan var. Pul gözünü örtüb".
Niyam Salami daha sonra keçmiş iş yeri ilə bağlı problemlər yaşadığını bildirib. O, rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığını və borclandırıldığını iddia edib.
"Mənə zülm verməyə başladılar. Çıxmaq istəmirdim, borclar qalmışdı. Düşünürdüm ki, çalışım, ödəyib çıxım. Rəhbərlik dedi, ödəyəcəyik. Mən gedən kimi bütün şirkətləri üstümə göndərdilər. Hər gün mənə şirkət zəng edir, pul istəyir", - deyə sənətçi qeyd edib.
Müğənni həmçinin bildirib:
"Mənə ad günümdə guya ev hədiyyə verirdi. İmza atdım, guya ev verildi. Sən demə, saxta imiş".
Qeyd edək ki, sentyabrın 8-də "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində 27 yaşlı Ucal Bayramov və 31 yaşlı Coşqun Məmmədov həyatını itirib.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












