Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

3 avqust 2025-ci il tarixində 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək.
Bu barədə Avtosfer.az-a DİM-dən xəbər verilib.
İmtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə elektron qaydada təşkil ediləcək. Bakıda 111, Naxçıvanda 3 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.
İxtisaslar üzrə fənlərinin uyğunluğu və keçid balları burada təqdim edilib.
İmtahanda abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim ediləcək. 10 tapşırıq musiqi nümunələrinin təyin edilməsi, 20 tapşırıq isə Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edir. Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.
Abituriyentlər verilmiş keçid vasitəsilə “İmtahana buraxılış vərəqəsini” çap edə bilərlər.
İmtahan saat 16:00-da başlanır. İmtahan müddəti 1 (bir) saatdır. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.
İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO










