MÜTDA: "Xüsusi təhsilin ləğv edilməsi ilə bağlı iddialar əsassızdır"

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan xüsusi təhsilin ləğv edilməsi ilə bağlı iddialar əsassızdır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) qeyd edilib.
Məlumat verilib ki, xüsusi təhsildə təhsilalanların sayı cari vəziyyətdə 11 881 nəfər şagirddir. Həmin şagirdlər dövlət tərəfindən təlim vasitələri ilə (yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə və s.) təmin edilirlər.
Sağlamlıq imkanları məhdud şagirdlər üçün bir sıra ümumi təhsil müəssisələrində xüsusi siniflər də fəaliyyət göstərir. İnklüziv təhsilə cəlb edilən şagirdlərin sayı cari vəziyyətdə 333 nəfər təşkil edir. 2025-ci ildə Bakı şəhərində və bölgələrdə 67 məktəbdə inklüziv təhsil həyata keçirilir.
2025-2026-cı il tədris ilində daha 24 müəssisədə (Bakı şəhəri üzrə - 11, regionlar üzrə - 13) inklüziv təhsil həyata keçiriləcək.
Qeyd edək ki, redaksiyamıza xüsusi təhsilin ləğvi ilə bağlı müraciət daxil olub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












