""Mygov" üzərindən özünü siyahıyaalınma təklif olunur" - Nazir

Müasir dövrdə dəqiq və etibarlı statistika artıq yalnız hesabatlıq vasitəsi deyil, bu, eyni zamanda, dövlət siyasətinin formalaşdırılması, iqtisadi proseslərin düzgün qiymətləndirilməsi və səmərəli qərar qəbul etmənin əsasını təşkil edir.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
O bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəticəsində sistemlərimizdə böyük həcmdə inzibati məlumat bazası formalaşıb. Siyahıyaalınma prosesində bu potensialdan maksimum yararlanmaq üçün iki əsas texniki yenilik təklif edilir. Bu, FİN vasitəsilə məlumatların avtomatik doldurulması, vətəndaşların fərdi identifikasiya nömrəsi daxil edildikdən sonra dövlət informasiya sistemlərində artıq mövcud olan məlumatlar avtomatik olaraq anketə inteqrasiya olunacaq.
Nazirin sözlərinə görə, ilkin təhlillər göstərir ki, anket suallarının əhəmiyyətli hissəsi və məlumatlar artıq dövlət reyestrlərində mövcuddur. Bu, insan amilindən qaynaqlanan səhvləri aradan qaldıracaq və məlumatların dəqiqliyini əhəmiyyətli dərəcədə artıracaq. "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur. Vətəndaşlara "mygov" portalında reyestr məlumatları əsasında əvvəlcədən doldurulmuş anketlər təqdim edilə bilər. Vətəndaş yalnız çatışmayan və dəyişmiş məlumatları əlavə edə bilər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












