Naqif Həmzəyev gecə tikinti aparılmasına ETİRAZ ETDİ

Milli Məclisin deputatı Naqif Həmzəyev gecə saatlarında tikinti işlərinin aparılmasına etiraz edib.
Avtosfer.az-ın xəbərinə görə, Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib ki, Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti-quraşdırma işlərinin nizamsız aparılması bir neçə üst-üstə düşən problemi ortaya çıxarır.
Deputat qeyd edib ki, bir çox tikinti şirkəti, xüsusilə beton tökmə, örtük işləri və ya yükdaşıma kimi əməliyyatları gecə saatlarında (22:00–06:00) və ya bazar və bayram günlərində aparır: "Çünki gündüz vaxtı bu işlər ya küçə nəqliyyatının hərəkəti ilə üst-üstə düşür, ya da işçi qüvvəsindən “24 saat” rejimində istifadə etmək iqtisadi cəhətdən daha sərfəli olur. Nəticədə sakinlər yuxu və istirahət hüququndan məhrum olurlar. Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti işləri, eləcə də xarici quraşdırılan istilik və havalandırma avadanlıqları səbəbindən yaranan səs-küyün konkret saat və desibel həddi ilə tənzimlənməsi yoxdur. 796 nömrəli Fərman səs-küy səviyyəsini qismən tənzimləsə də, konkret saat cədvəli yoxdur və icra mexanizmində boşluqlar var. Hansı orqanın operativ reaksiya verməli olduğu və ölçmə aparmalı olduğu aydın deyil. Sakin şikayət etdikdə, çox vaxt “bizim səlahiyyətimizdə deyil” cavabı ilə rastlaşır. Bələdiyyə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya Nazirliyi və digər qurumlar arasında səlahiyyət bölgüsü aydın deyil. Heç birinin 24 saat işləyən, dərhal sahəyə çıxan mobil ölçmə qrupu yoxdur. Cərimələr də ya minimal məbləğdədir, ya da nadir hallarda tətbiq olunur. Bu da böyük tikinti şirkətləri üçün “gözlənilən xərc” kimi qəbul edilir və çəkindirici təsir göstərmir. Tikinti materiallarının örtülmədən daşınması, qazıntı sahələrinin sulanmaması, tikinti tullantılarının küçəyə səpələnməsi böyük şəhərlərin artıq yüksək olan hava tozluluğu və çirklənməsi problemini gücləndirir. Problemi kökündən həll etmək üçün Şəhərsalma və Tikinti Məcəlləsində (əsas baza), İnzibati Xətalar Məcəlləsində, “Ekoloji təhlükəsizlik haqqında” qanunda və yerli özünüidarəetmə, bələdiyyə səlahiyyətləri ilə bağlı qanunvericilikdə də dəyişikliklərə ehtiyac var"./nocomment.az
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












