Nardarandakı qayalıq satılır? - VİDEO

Nardaran ərazisindəki qayalığın satışa çıxarılması ilə bağlı xəbərlər yayılıb.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar Real TV süjet hazırlayıb.
Qeyd edilib ki, ölkəmizdə qayayadırmanma əraziləri çox azdır. Bunlardan biri də Nardaran ərazisində yerləşir. Yerli alpinistlər məhz bu təbiət abidəsinin əlverişli relyefinə görə qayalığa məşq etmək və yarışlara hazırlanmaq üçün üz tutur.
Satışla bağlı rəsmi elan paylaşılmasa da, bu xəbər vətəndaşları narahat edib.
İdmançı Leyla Əhmədova deyir ki, onlar bu ərazini qorumasalar, gələcəkdə bu idman növü inkişaf etməyəcək: “Biz qorxuruq ki, sabahı gün bizim imkanımız olmayacaq ki, gələk burada məşq edək. Nardarandakı qaya təbiətin bir hissəsidir, biz buranı necə sataq? Bura hər insan üçün əlçatan olmasa, insanlar buraya gəlməsə, ümumiyyətlə, problem olar”.
Alpinizm Federasiyasının rəsmiləri də qayalığın satışa çıxarılmasını düzgün hesab etmir. Onlar vurğulayır ki, idmançılar təbii qayalıqlardan məhrum olunmamalıdır. Federasiya nümayəndələri, həmçinin bu narazılıqlarını lazımi qurumların diqqətinə də çatdırıb.
Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması və özəlləşdirilməsi RİH başçısının səlahiyyətləri daxilində deyil. Nardaran zirvəsinin zəbt olunması ilə bağlı yayılan iddialar isə şayiədir: “Yaşayış evləri, ticarət, məişət və s. obyektlərin tikintisi üçün nəzərdə tutulmayan torpaq sahələrinin zəbt edilməklə tikinti işlərinin aparılmasının qarşısının alınması istiqamətində nəzarət gücləndirilib. Bu sahədə Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qabaqlayıcı tədbirlər və monitorinqlər həyata keçirilir”.
Qeyd edək ki, Nardarandakı qaya paytaxt ərazisində satışa çıxarılan ikinci təbiət abidəsidir. Digər qaya isə “Bakıxanov dağı” kimi tanınan “Kühül dağ”ıdır.
Daha ətraflı videomaterialda:
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO










