Narkokuryer həbs olundu - FOTO - VİDEO

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Biləsuvar rayonunda polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb.
Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












