NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir

Hörmüz boğazının blokadası ilə bağlı vəziyyət iyula qədər həll olunmasa, NATO üzvləri gəmilərin bu yoldan keçməsinə kömək edəcək missiyanın işə salınması variantını nəzərdən keçirəcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə mənbəyə istinadən "Bloomberg" məlumat yayıb. "NATO-nun yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, iyulun əvvəlinə qədər blokada aradan qaldırılmasa, gəmilərin Hörmüz boğazından keçidinə yardım imkanı alyansda müzakirə olunur", - agentlik məlumat verib. Daha əvvəl qeyd edilib ki, regionda hərbi əməliyyatlar başa çatdıqdan və NATO-ya daxil olmayan bir çox ölkənin iştirakı ilə geniş koalisiya formalaşdırıldıqdan sonra boğaz ərazisində fəaliyyət göstəriləcək. Lakin iqtisadi çətinliklər dərinləşməyə davam edir. NATO ölkəsindən olan diplomatın sözlərinə görə, hazırda Hörmüz boğazında vəziyyəti sabitləşdirmək üçün missiyanın yaradılması ideyasını alyansın bir neçə üzvü dəstəkləyir, lakin yekdil dəstək yoxdur. NATO-nun bəzi üzvləri hələlik bu təşəbbüsə qarşı olduqlarını bildirir, amma blokada qüvvədə qalarsa, onun lehinə çıxış edəcəklər. "Bloomberg" xatırladır ki, ABŞ bundan əvvəl NATO-ya Hörmüz boğazı ilə bağlı hər hansı fəaliyyətdə iştirak etmək üçün rəsmi sorğu göndərməyib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












