"Naxçıvan elektrobuslardan ibarət ilk şəhərimiz olacaq" - Ekspert

"Naxçıvan şəhərinin ictimai nəqliyyat sisteminin yenilənməsi ilə bağlı dünən verilən Prezident sərəncamı bir neçə maraqlı detalı ilə diqqətəlayiqdir. Sərəncamın uğurla icrası Naxçıvanda ekoloji təmiz, dayanıqlı ictimai nəqliyyat sisteminin qurulması ilə yanaşı, bir sıra məqamları ilə əlamətdardır".
Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, ilk dəfədir ki, paytaxt Bakıdan kənar bir şəhərimizin ictimai nəqliyyatının yenidən qurulması istiqamətində belə ciddi addım atılır, dövlət tərəfindən kifayət qədər sanballı vəsait qoyulur:
"Sərəncam tam icra edildikdən sonra Naxçıvan şəhərdaxili ictimai nəqliyyatı tam ekoloji təmiz nəqliyyat vasitələrindən (elektrobuslardan) ibarət olan ilk şəhərimiz olacaq. Sərəncamın icra edilməsi ilk dəfə “BakuBus” MMC-nin Bakıdan kənarda bir şəhərdə ictimai nəqliyyat xidməti göstərməsi demək olacaq. Güman edirəm ki, bu, təşkilati-hüquqi forma olaraq “BakuBus”ın törəmə müəssisəsi və ya filialı (şöbəsi) kimi fəaliyyət göstərəcək. Bu sərəncam həm də ölkəmizdə elektrobusların istehsalına (yığım yolu ilə olsa da) ciddi stimul olacaq. Güman edirəm ki, Naxçıvan üçün tədarük ediləcək 60 ədəd elektrobus yerli yığım olacaq və bu sifariş həmin yığımı həyata keçirən müəssisəyə ciddi iqtisadi dəstək verəcək.
Bu həm də ölkəmizdə ictimai nəqliyyatın inkişafına yanaşmaların dəyişməsi deməkdir. Atılan bu addım şəhərlərimizdə mobilliyin təminində ictimai nəqliyyatın prioritetliyini və ictimai nəqliyyatın inkişafı üçün dövlətin ciddi iqtisadi dəstəyinin zəruri olduğunu göstərir".
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












