Naxçıvan taksilərinə Türkiyəyə sərnişin daşımaq qadağan edildi

Naxçıvan taksilərinə Türkiyənin Iğdır vilayətinə sərnişin daşımağın qadağan edildiyi iddia olunur. Bildirilir ki, bu qadağanı Türkiyə tərəfi bir neçə həftədir tətbiq etməyə başlayıb. Yeni qaydanı pozan sürücülər cərimələnir, avtomobillərinə isə 15 günlük həbs cəzası verilir.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Gündəlik Naxçıvan”a taksi sürücüləri müraciət ediblər.
Sürücülərin sözlərinə görə, jandarma onları gömrüyü keçdikdən sonrakı 20 kilometrlik nəzarət zonasında yoxlayır. Avtomobillərin taksi olub-olmadığını yoxlamaq üçün sürücülərdən sərnişinlərin ad-soyad və təvəllüdlərini soruşurlar. Sorğu-suala ətraflı cavab verə bilməyən sürücülər cərimələnir, avtomobillər isə cərimə meydançasına göndərilir.
Taksi sürücüsü Gündüz Məmmədov da bir neçə gün əvvəl eyni üsulla cərimələndiyini deyir: “İllərdir Türkiyəyə sərnişin daşımaqla çörəkpulumuzu çıxarırıq. Son zamanlar oraya da 15 gündən bir buraxmağa başlamışdılar. Biz həm 3-4 nəfər qonum-qonşunu, başqa sərnişinləri aparıb-gətirərək benzin pulunu çıxarırıq, həm də evimizə alış-veriş edirik. İndi də sərnişin apardığımız üçün Türkiyə polisi bizi cərimələyir, avtomobilimizə həbs qoyur. Bunu Iğdır-Dilucu keçid məntəqəsi arasında taksi kimi işləyən mikroavtobus sürücülərinin şikayəti əsasında etdiklərini deyirlər. Bildirirlər ki, naxçıvanlı sürücülər sərnişini gömrüyə kimi gətirməli, oradan Iğdıra isə türkiyəli taksi sürücüləri aparmalıdırlar”.
Digər sürücü Nazim Məmmədov da eyni problemlə üzləşdiyini bildirir: “Əvvəllər belə şeylər olmurdu, biz də, onlar da Naxçıvan-Iğdır-Naxçıvan istiqamətində sərnişin daşıya bilirdik. Sonra 15 gündən bir getməyə icazə verdilər. İndi də deyirlər ki, Naxçıvan taksilərinə Türkiyə ərazisinə müştəri gətirmək olmaz. Naxçıvan gömrüyünə kimi gətirin, oradan verin Türkiyə taksilərinə. Nə edəcəyimizi bilmirik. Çörəkpulunu çıxara bilmirik”.
Sürücülərin iddiasına görə, hazırda onlarla Naxçıvandan olan taksi Türkiyədə həbsdədir.
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı
Prezidentdən deputatla bağlı - Sərəncam










