Naxçıvanda 10 milyonluq taxıl qalmaqalı: Fuad Nəcəflinin həbsinə hazırlıq gedir - YENİLƏNİB

"Naxçıvan Taxıl Məhsulları" MMC-nin icraçı direktoru Şakir Tarverdiyev həbs olunub.
Avtosfer.az xəbər verir ki, həbsin təfərrüatı Teleqraf-a məlum olub.
Bildirilir ki, Şakir Tarverdiyev 10 milyon tondan artıq taxılı 6 milyon 500 min manata sataraq pulu mənimsəyib. Bu işi o, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin göstərişi ilə edib.
Nəticədə Naxçıvanın taxıl ehtiyatları tükənib.
Şakir Tarverdiyevə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Mötəbər mənbənin məlumatına görə, Naxçıvanın bir sıra müvafiq qurumlarının rəhbərlərindən məsələ ilə bağlı izahat alınıb.
Ötən il noyabrın 12-də ölkə başçısının sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəflinin də istintaqa cəlb edildiyi və həbsinə hazırlıq getdiyi qeyd edilir.
***14:06
"Naxçıvan Taxıl Məhsulları" MMC-nin rəhbəri həbs olunub.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












