Naxçıvanda avtobus tapmaq müşkülə çevrildi - Yerli sakinlər durumdan narazıdır

Naxçıvan şəhərində şəhərdaxili marşrutların axşam saat 22:00-a qədər işləməsi nəzərdə tutulsa da, avtobuslar saat 19:00 olmamış yoxa çıxırlar. Həftə sonları isə marşrut tapmaq ümumiyyətlə müşkülə çevrilir. Bu günlərdə marşrutlar həm gec-gec işləyirlər, həm də xətti daha tez tərk edirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” a şəhər sakinləri məlumat veriblər.
Şəhər sakini Nazilə Səfərova deyir ki, iş növbəsindən evə qayıdarkən taksidən istifadə etməli olur:“Məlum olduğu kimi xəstəxanalarda, digər idarə və müəssisəlrdə növbəli iş şistemi mövcuddur. Axşam növbəsi 21.00-da başlayır. Növbəyə gələnlər də, çıxanlar da avtobus olmadığından taksidən istifadə edirlər. Mən özüm 3-cü mikrarayonda yaşayıram. Respublika Xəstəxanası ilə məsafə uzaq olduğu üçün piyada getmək mümkün deyil. Hər növbəyə gedəndə və gələndə 4-5 manat taksiyə pul verməli oluram".
Ticarət mərkəzində fəhlə işləyən Ziyafət Əliyev də marşrutlardan narazıdır:“Əliabad qəsəbəsində yaşayıram. Cahan ticarət mərkəzində işləyirəm. İşim çox vaxt axşam 8-də bitir. Gözləyirəm marşurut gəlmir. Taksi ilə gedirəm. Maaşımın yarısını taksiyə verirəm. . Bakıda marşurutlar gecə saat 12-yə kimi işləyir. Burada da ən azından 10-a qədər işləməlidir ki, sakinlər həm əziyyət çəkməsin, həm də əlavə taksiyə pul sərf etməsinlər".
Adının çəkilməsini istəməyən marşrut sürücülərindən biri isə problemi qoyulan planın çoxluğunda, axşam saatlarında sərnişinlərin az olmasında görür:“Plan çox yüksəkdir. saat 18.00-dan sonra isə sərnişinlər azalır. Xərci borcunu ödəmir. İzafi yanacaq və vaxt sərfiyyatıdır. Buna görə də, sürücülərdən kimsə saat 18.00-dan sonra xəttə çıxmaq istəmir".(azpolitika)
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










