Naxçıvanda evlərdən oğurluq edildi

Şərur Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən bir neçə evdən oğurluq edilməsi ilə bağlı müraciətlər daxil olub.
Avtosfer.az xəbər verir ki, daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən 25 yaşlı Onur Qafarov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun müxtəlif evlərdən ümumilikdə 2408 manat məbləğində pul oğurladığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.
Bundan başqa, Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobildən oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Kamran Kərimov da saxlanılıb.
Hər iki fakt üzrə oğurlanmış vəsaitlərin sahiblərinə qaytarılması təmin edilib, araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












