Naxçıvanda onlayn kazino işlədən qız tutuldu - VİDEO

Naxçıvan Muxtar Respublikasında polisin keçirdiyi tədbirlərlə sosial şəbəkələr üzərindən qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən 26 yaşlı Nərmin İsmayılzadə saxlanılıb.
Avtosfer.az xəbər verir ki, araşdırmalarla onun xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar və idman mərc oyunlarının keçirildiyi “Chcplay1”, “Fastloto365” və “Fastlotoclub” adlı internet saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq həmin platformalarda iştirak hüququ verən onlayn link və kodlar əldə etdiyi, bu məqsədlə virtual kassa sistemi qurduğu müəyyənləşib.
N.İsmayılzadə sosial şəbəkələrdə yaratdığı “Perfectkazino” adlı səhifə vasitəsilə müxtəlif şəxsləri onlayn ödənişlər müqabilində qanunsuz kazino və mərc oyunlarına cəlb edib.
Onun üzərindən və istifadə etdiyi texniki vasitələrdən elektron sübutlar, həmçinin qanunsuz fəaliyyət zamanı istifadə etdiyi bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı həmin pul köçürmələrinin bir hissəsinin ailə üzvlərinin adına olan bank kartları vasitəsilə həyata keçirildiyi də müəyyənləşib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












