Naxçıvanda son bir ayda 85 nəfər məsuliyyətə cəlb edilib - VİDEO

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son bir ay ərzində muxtar respublikanın müxtəlif şəhər, rayon və qəsəbələrində cinayətkarlığın qarşısının alınması, ictimai asayişin və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində silsilə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, keçirilən tədbirlər nəticəsində ümumilikdə 85 nəfər məsuliyyətə cəlb olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsini və satışını təşkil edən, eləcə də xüsusi qulluqla çətənə kolları yetişdirən 9 nəfər saxlanılıb, onlardan külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb. Bundan başqa, narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz hazırlanması, əldə edilməsi, saxlanılması və daşınmasına görə 34 nəfər barəsində müvafiq tədbirlər görülüb.
Əməliyyatlar zamanı avtomobillərdən silsilə oğurluqlar edən, dövlət qeydiyyat nişanlarını oğurlayan, eləcə də mənzil, ticarət obyektləri, əkin sahələri və digər məkanlardan pul, qızıl-zinət əşyaları, spirtli içkilər, məişət əşyaları və tikinti materialları oğurlayan 18 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
Polis əməkdaşlarının keçirdiyi digər tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək işə düzəltmək vədi ilə pullarını mənimsəyən 3 nəfər müəyyən edilərək saxlanılıb. Həmçinin narkotik vasitənin təsiri altında avtomobil idarə edən və avtomobil qaçıran 2 şəxs operativ tədbirlərlə tutulub.
Qeyd olunan müddət ərzində 11 qanunsuz ağac kəsmə faktı aşkarlanıb. Bu faktlardan biri üzrə cinayət işi başlanıb, digər hallarla bağlı toplanmış materiallar inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə göndərilib.
Bundan əlavə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 10 odlu silah, 2 qaz tapançası, 3 avtomat darağı, 578 patron, 1 əl qumbarası, 1 top mərmisi və 1 süngü bıçağı aşkar edilərək götürülüb.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mülki hüquqi öhdəliklərin icrasından yayınan, eləcə də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 158 nəfər saxlanılıb. Eyni zamanda, “102” Xidməti–Zəng Mərkəzinə daxil olan 2 minə yaxın müraciətə polis əməkdaşları tərəfindən operativ reaksiya göstərilib.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










