Naxçıvanda taksi ilə sərnişin daşımaları üzrə 241 nəfərə "Buraxılış kartı" verilib

Naxçıvan Muxtar Respublikasında taksi minik avtomobilləri ilə sərnişin daşımaları üzrə 241 fiziki şəxsə "Buraxılış kartı" verilib.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, yükdaşıma fəaliyyəti üzrə ümumilikdə "Buraxılış vəsiqəsi" alan daşıyıcıların sayı 263, "Buraxılış kartı" alan nəqliyyat vasitələrinin sayı isə 946-dır.
Nəqliyyat sahəsində fəaliyyət göstərən şəxslərin peşə hazırlığının və biliklərinin artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə təlimlər təşkil edilir. Belə ki, beynəlxalq yük daşımalarını həyata keçirən 75 sürücü təlimlərə cəlb olunub. Həmçinin "Taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə ilə bağlı xüsusi proqram" üzrə 176 sürücü təlim keçib.
Həmçinin, Naxçıvan şəhəri üzrə aparılan təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 9 marşrut xətti üzrə istismara 72 müasir avtobus cəlb edilib. Yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf ərazilər üzrə ictimai nəqliyyata əlçatanlığın səviyyəsi 95%-ə yüksəlib. Avtobusların orta yaşı isə 18-dən 0-a enib.
Bundan başqa, yol infrastrukturunun yaxşılaşdırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan şəhərində və Muxtar Respublikanın digər ərazilərində yol nişanlarının quraşdırılması və xətlərin çəkilməsi işləri həyata keçirilib. Bu günədək Naxçıvan ərazisində ümumilikdə 1091 nişan quraşdırılıb, 385 kilometr yolda nişanlanma işləri görülüb, 2259 piyada keçidi təşkil edilib və ya yenilənib.
Naxçıvanda həyata keçirilən bu dəyişikliklər ictimai nəqliyyatın optimallaşdırılmasına, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsinə, piyadaların və sürücülərin təhlükəsizliyinin artırılmasına xidmət edir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












